21 yanvar 2020 20:49
1041

Trampı öldürənə 3 milyon dollar vəd edildi

İranın millət vəkili Əhməd Hamzeh ABŞ prezidenti Donald Trampı öldürənə 3 milyon dollar mükafat vəd edib.

Deputat parlamentdəki çıxışı zamanı belə deyib. O bildirib: “Kirman vilayəti adına Trampı öldürənə 3 milyon dollar nəğd pul verəcəyik”.

Deputat bu qərarın dini liderlər tərəfindən qəbul olunub-olunmadığına dair açıqlama verməyib.

Qeyd edək ki, ABŞ ordusu tərəfindən Bağdadda öldürülən iranlı general Qasım Süleymani Kirman şəhərində anadan olub. //Publika.az