04 iyun 2020 13:39
978

Tripoli tam nəzarətə götürüldü

Liviya Milli Razılıq Hökuməti ordunun paytaxt Tripolini tam nəzarətə götürdüyünü bəyan edib. “İki sahil” xəbər verir ki,  APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) qüvvələri geri çəkilir. "Daily Sabah"ın məlumatına görə isə Liviyanın Baş Naziri Faiz Sərrac Tripolidən savayı, daha iki şəhərin Haftar qüvvələrindən azad olunduğunu açıqlayıb. O, Haftar qüvvələrinin gənc üzvlərini silahlarını təhvil verməyə çağırıb.