11 dekabr 2019 13:03
795

Tural Gəncəliyev: Dağlıq Qarabağın erməni icması azərbaycanlı icması ilə danışıqlardan qaçır

''Biz ermənilərlə Azərbaycanın sərhədləri daxilində daimi sülh şəraitində yaşamağa razıyıq''.

''Report'' xəbər verir ki, bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Brüsselə səfərinin yekunlarına həsr olunan mətbuat konfransında deyib. 

O bildirib ki, münaqişə həll olunmalıdır və bunun başqa yolu yoxdur: "Əgər gələcəkdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların formatının dəyişdirilməsindən heç bir söhbət gedə bilməz. Bizim fikrimiz qətidir, münasibətimizi də bildirmişik. Münaqişə Azzərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunandan sonra biz ermənilərlə birlikdə Dağlıq Qarabağda sülh şəraitində yaşamağa hazırıq. Əgər onlar bu danışıqlardan qaçırlarsa, bu onların qeyri-konstruktiv mövqedə olduqlarını göstərir".