05 avqust 2020 17:22
1390

“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.