Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
16 oktyabr 2020 13:56
576

Türk dünyası yazarları: Azərbaycana qarşı terrora Yox deyirik!

Türk dünyası yazarları Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair bəyanat yayıb.

Bu barədə məlumatı AZƏRTAC-a Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri şair-publisist İntiqam Yaşar verib.

Bəyanatda deyilir: “Bu ilin iyul ayının 13-dən başlayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozmaqla, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və sərhəd kəndlərini artilleriya qurğuları və minaatanlardan atəşə tutub, bu təxribat nəticəsində Azərbaycan Ordusu şəhidlər verib, yerli sakinlər həlak olub, evləri dağıntıya məruz qalıb. Bundan başqa, otuz ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxlayan Ermənistan Azərbaycanın mövqelərinə atəş açmaqla kifayətlənməmiş, müxtəlif vaxtlarda diversiya fəaliyyətləri və atəşkəs rejimini kobud şəkildə pozmaqla mülki əhalini hədəf olaraq seçmişdir. Bütün bunlarla yanaşı, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı terror siyasətinin nəticəsi olaraq, uşaqlar, qocalar da daxil olmaqla 205 nəfər mülki şəxs yaralanıb, 41 nəfər isə həyatını itirib. Oktyabrın 4-dən başlayaraq Azərbaycanın ikinci böyük şəhəri, dünya ədəbiyyat-mədəniyyət tarixində öz xüsusi yeri olan qədim Gəncə şəhərinə raket hücumları təşkil olunub, 11 mülki şəxs həyatını itirib, 70 nəfərdən çox insan isə yaralanıb. Şəhərdə tarixi əhəmiyyət daşıyan bir çox tikililərə zərər dəyib. İşğalçı ölkənin atəşkəs rejimini pozması və Azərbaycanın dinc əhalisinə, mülki obyektlərinə artilleriya zərbələri endirməsi bu ölkənin işğalçı mahiyyətini və beynəlxalq hüquqa məhəl qoymamasını bir daha göstərmiş olur. İndiyə qədər Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməkdən imtina etməklə beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik etdiyini isbatlamışdır.

Türk Dünyası yazarları olaraq işğalçı Ermənistanın təcavüzkarlıq siyasətini qətiyyətlə pisləyir, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına səslənərək Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini və Ermənistanın Azərbaycan xalqına qarşı apardığı terror siyasətini bir an öncə dayandırmasının vacibliyini ifadə edirik”.

1. Dərya Akdəmir- yazar, "ANKA" başqanı, Türkiyə Cümhuriyyəti

2. Özgür Bacaqsız- yazar, Türkiyə Cümhuriyyəti

3. Mirzohid Müzaffər- şair, Özbəkistan Respublikası

4. Muhammed Siddiq- şair, Özbəkistan Respublikası

5. Erkinbek Serikbay -"Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı (Qazaxıstan Respublikası)

6. Akberen Elgezek - Qazaxıstan Yazıçılar Birliyi sədrinin birinci müavini (Qazaxıstan Respublikası)

7. Çalğın Məhəmməd-şair, (Təbriz)

8. Həsən Ümidoğlu-şair, (Təbriz)

9. Kaliça Yaqubova-şair, (Qırğız Respublikası)

10. Çolpan Orozoliyeva-şair, (Qırğız Respublikası)

11. İntiqam Yaşar -Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, (Azərbaycan Respublikası)

12. Əfsanə Ələsgərli -yazar, jurnalist, (Azərbaycan Respublikası)

13. Fanil Gilaji-şair, (Tatarıstan)

14. Ayqız Baymuhammed-yazar,(Başqırdıstan)

15. Alla Böyük-yazar, (Qaqauz eli)