03 dekabr 2020 13:27
619

Türk əsgəri Afrində şəhid oldu

Suriyada “Zeytun Budağı” hərəkatı bölgəsində PKK/YPG terrorçularının hücumu olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Hatay valiliyi yayıb.

Bildirilib ki, ötən gecə terrorçuların hücumu nəticəsində Afrində çavuş Mehmet Altun şəhid olub.