17 yanvar 2021 12:59
764

Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Ağdamda gördüklərindən danışdı

Ağdamda tarixi, dini abidələr talan edilib, dağıdılıb.

"İki sahil"in məlumatına görə, bunu Trend-ə Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib

Onun sözlərinə görə, artıq ikinci dəfədir bu ərazilərə gəlir: "Ötən il biz diplomatik nümayndəliklərin səfəri zamanı bura gəlməşdik. İlk növbədə biz xoşbəxtlik hissi keçiririk ki, Azərbaycan öz əzəli torpaqlarına qovuşub. Digər tərəfdən isə biz dəhşətli faciənin şahidi oluruq. Çünki burada tarixi, dini abidələr talan edilib, dağıdılıb. Biz buna biganə qala bilmərik. Hesabatlar hazırlamışıq və onu aidiyyəti üzrə beynəlxalq qurumlara göndərəcəyik".