15 mart 2019 11:04
62

Türkiyə ABŞ-ın insan haqları ilə bağlı hesabatını tənqid edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət Departamentinin dünyada insan haqları ilə bağlı vəziyyətə dair hesabatını tənqid edib.

“Report” xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Onun sözlərinə görə, hesabatda Türkiyə ilə bağlı yalan ittihamlar, həqiqətə uyğun olmayan məlumatlar və yalnış fikrə əsaslanan şərhlər var.