04 iyun 2020 15:08
947

Türkiyə Azərbaycanla hava sərhədini açır

İyunun 15-dən etibarən Türkiyədən Azərbaycana uçuşlar bərpa olunacaq. “İki sahil” “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib. Məlumata görə, iyun ayında mərhələli şəkildə 40 ölkəyə uçuşlar bərpa ediləcək. İlk uçuşlar iyunun 10-dan Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacaq.