11 avqust 2019 18:23
327

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır

Avqustun 15-dən etibarən Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq.

Bu barədə RİA "Novosti" Azərbaycandakı diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, uçuşlar İran hava məkanı vasitəsilə həyata keçiriləcək. 

Mənbə qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub.