21 yanvar 2021 12:56
876

Türkiyə KİV-ləri 20 Yanvar hadisələri barədə geniş məlumatlar yayıb

Türkiyənin kütləvi informasiya vasitələri keçmiş Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlər barədə geniş məlumatlar yayıb.

"İki sahil" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şəhidlər xiyabanını ziyarət etməsi orijinal foto və videomateriallar əsasında türkdilli oxuculara təqdim olunub.

Məlumatlarda diqqətə çatdırır ki, Azərbaycan xalqı, o cümlədən qazilər və şəhid ailələrinin üzvləri, dəstə-dəstə Şəhidlər xiyabanına axın edərək qəhrəman övladlarının əziz xatirəsinə ehtiram göstərib.

Anadolu Agentliyi 20 Yanvar faciəsinin dəhşətlərini infoqrafika ilə də təqdim edib.