17 yanvar 2020 16:21
1604

Türkiyə klubunda imza “şousu”

Türkiyə super liqasında çıxış edən “Kayserispor” tibbi müayinədən keçən Enver Cenk Şahin, Muris Mesanovic, Zoran Kvrzic, Gustavo Campanharo, Mario Situm və Oğuzhan Çapar ilə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, Kayseri təmsilçisi yeni futbolçuları ilə müqavilə imzalamaq üçün tədbir təşkil edib.

“Kayserispor”un prezidenti Berna Gözbaşının da iştirak etdiyi tədbirdə yeni transferlər müqaviləyə imza atıblar.