30 iyul 2020 10:10
2490

Türkiyə kubokunun sahibi məlub oldu: Trabzonspor

“Trabzonspor” tarixində doqquzuncu dəfə Türkiyə kubokunun sahibi olub

İyulun 29-da futbol üzrə Türkiyə kubokunun final matçı oynanılıb.

İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda "Trabzonspor" və "Alanyaspor" komandaları qarşılaşıblar. Görüş "Tranzonspor"un qələbəsi ilə yekunlaşıb - 2:0. Birinci qolu 25-ci dəqiqədə Abdulkadir Ömür vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Superliqanın cari mövsümdə bombardiri olan Aleksander Sorlot qoyub.

Bununla da "Trabzonspor" tarixində 9-cu dəfə Türkiyə kubokuna sahib olub. Sonuncu dəfə Trabzon təmsilçiləri kuboka 2010-cu ildə sahib olublar. Superliqada isə bu klub cari mövsümdə gümüş medal qazanıb.

Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" tarixində birinci dəfə ölkə kubokunda final həyəcanı yaşayıb.