18 oktyabr 2019 13:47
667

Türkiyə ordusunun əsgəri şəhid olub

Türkiyənin Van vilayətində yerləşən sərhəd mühafizə məntəqələri terrorçuların hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, hücum nəticəsində Uzunyol Hudut və Soğuksuda yerləşən məntəqələrdə xidmət edən əsgərlərdən biri şəhid olub, ikisi yaralanıb.