14 noyabr 2019 16:53
697

Türkiyə Suriyada yeni hərbi baza inşa edir

Türkiyə Suriyanın Ras-əl-Eyn şəhərinin yaxınlığında  yeni hərbi bazanın inşasına başlayıb.

Modern.az Türikiyə KİV-nə istinadən xəbər verir ki, hərbi baza əl-Havas kəndində yerləşəcək.

Artıq hərbi bazanın tikintisi Suriya rəsmilərinin narazılığına səbəb olub. Onlar “Barış Pınarı” əməliyyatı zamanı Türkiyə ordusunun nəzarətə götürdüyü şəhərdə hərbi bazanın tikintisini təhlükəli addım sayırlar.