27 iyun 2020 11:34
1184

Türkiyə televiziyasında Silahlı Qüvvələr Günü ilə bağlı xüsusi proqram yayımlanıb

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti verilişi 26 iyun- Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, bir ildən çoxdur efirə gedən proqramın növbəti buraxılışında müharibə veteranlarının ordumuz haqqında düşüncələri və mesajları yer alıb, hər il daha da güclənən Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şanlı yol barədə tamaşaçılara məlumat verilib. Bundan əlavə, verilişdə Azərbaycan ordusu ilə bağlı videoçarx nümayiş etdirilib, vətənpərlik ruhunda mahnılar səsləndirilib.

Proqramın müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömərdir.