21 sentyabr 2020 10:22
722

Türkiyədə 106 yaşlı kişi COVID-19-dan sağalıb

Türkiyənin Çorum vilayətində yaşayan 106 yaşlı Davut Özturan COVID-19-dan müalicə olunaraq sağalıb.

Qarın ağrısı və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edən yaşlı kişinin koronavirus testi pozitiv olub. Bir müddət evdə karantinə alınan bu şəxsin ikinci testinin nəticəsi neqativ çıxıb. //AZƏRTAC