23 aprel 2020 11:22
2436

Türkiyədə 30 milyon manata ada satılır - FOTO

Türkiyəyə məxsus, Egey dənizində yerləşən Kiçik Oraq adası satışa çıxarılıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22,6 hektar ərazisi olan ada inzibati cəhətdən Muğla vilayətinə daxildir və kurort şəhəri Bodrumun yaxınlığında yerləşir.

Bu ərazilər pandemiya dövründən əvvəl turistlərin istirahət üçün üz tutduqları ən məşhur yerlərdən biri idi. Adanın ərazisində dəbdəbəli villa, bir bina və zeytun bağları var.

Ərazi qorunur və yeni tikinti işlərinin aparılmasına icazə verilmir. Adanın sahibləri ərazini 125 milyon türk lirəsinə (təxminən 30 milyon manat) satır.