13 avqust 2020 17:47
900

Türkiyədə altı terrorçu zərərsizləşdirilib

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində davam etdirdiyi antiterror əməliyyatı nəticəsində daha altı terrorçu zərərsizləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat nəticəsində Hakkari və Bitlis vilayətlərinin hər birində üç nəfər olmaqla zərərsizləşdirilən altı terrorçunun hamısı silahlı olub. Onların şəxsiyyəti araşdırılır.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, Suriya ərazisində “Zeytun budağı” antiterror əməliyyatının keçirildiyi əraziyə daxil olmaq istəyən 2 nəfər PKK/YPG terrorçusu həbs olunub. Bundan başqa, Türkiyə qırıcılarının İraqın şimalındakı terror düşərgələrini bombalaması nəticəsində Haftanində iki, Zapda isə bir PKK terrorçusu məhv edilib. //AZƏRTAC