06 iyun 2020 23:31
868

Türkiyədə daha 878 nəfər yoluxdu, 926 nəfər sağaldı

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. “İki sahil” Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 669 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 878 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 169 218 nəfərə çatıb. Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 922 nəfər olmaqla 135 322 nəfər təşkil edir. Son sutka ərzində koronavirusla bağlı 35 846 test aparılıb.