12 avqust 2020 14:29
808

Türkiyədə “İldırım-5” antiterror əməliyyatı keçirilir

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Amanos dağ silsiləsində “İldırım-5” adlı növbəti antiterror əməliyyatına başlayıb.

Bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, “İldırım-5” əməliyyatına 1448 nəfərlik heyət qatılıb.

Qeyd edək ki, Kahramanmaraş vilayətində yerləşən Sır su anbarından başlayan Amanos (Nur) dağ silsiləsi Hatay vilayətinə doğru 175 kilometrlik ərazini əhatə edir. Bu bölgə də PKK terrorçularının gizləndikləri ərazilərdən hesab olunur. //AZƏRTAC