30 iyun 2020 17:26
1440

Türkiyədə maska ilə bağlı ictimai qınaq nümunəsi

Türkiyənin Artvin şəhərinin əhalisi ictimai qınaq nümunəsi nümayiş etdirib.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, karantin tədbirlərindən sonra koronavirusa yoluxmanın qeydə alınmadığı şəhərdə Bursadan gələn şəxsin təşkil etdiyi “dönər ziyafəti”ndən sonra pandemiyaya yoluxanların sayı 20-ə yüksəlib.

Hadisədən sonra şəhər əhalisi kənardan gələnlərin tibbi maska və sosial məsafə qaydalarına riayət etmələrini tələb edir.