16 yanvar 2019 11:24
193

Türkiyədə qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

Türkiyədə davam edən qeyri-sabit hava şəraiti ölkənin müxtəlif bölgələrində bir sıra fəsadlar törədib.

Gecə saatlarında güclü qarın yağması səbəbindən sürücülər yolda qalıblar. Küləyin sürəti saatda 80 kilometrə çatıb. Qars bölgəsində temperatur mənfi 35-40 dərəcəyədək enib. Antalyada güclü külək nəticəsində Falezlər və Konyaaltı çimərliyi adlanan ərazidə dalğaların hündürlüyü 30 metrədək yüksəlib. Kaleiçi limanında isə balıqçı gəmisi batıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.