29 yanvar 2020 10:13
1302

Türkiyəli aktrisa ölümlə təhdid edildi

Türkiyəli aktrisa Ayşegül Çınar sevgilisinin onu ölümlə tədhid etdiyini iddia edib.

"İki sahil" xəbər verir ki, gənc aktrisa sevgilisi Furkan Çalıkoğlu ilə birlikdə bir məkanda oturarkən, aralarında mübahisə yaranıb.

İddiaya görə, sevgilisi Ayşegül Çınarın üzərinə içki tökərək, onu təhdid edib. Aktirsa ayaqyoluna getmək bəhanəsilə masadan qalxaraq, oradakı müştərilərə "sevgilim məni öldürəcək, xahiş edirəm polis çağırın",- deyərək kömək istəyib. Polisin çağırıldığından şübhələnən Furkan Çalıkoğlu oradan uzaqlaşıb.

Xatırladaq ki, Ayşegül Çınar bir müddət əvvəl "Yasak Elma" serialında "Lila" rolunu canlandırıb.