14 fevral 2020 18:40
1633

Türkiyənin aviaşirkəti iflas edib

Türkiyənin aviaşirkəti “Atlas Global” iflasını elan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Mülki Aviasiya Baş İdarəsi “Twitter” hesabından bildirib.

Qeyd edək ki, “Atlas Global” şirkəti ötən illərdəki maddi ziyanlar və İstanbul yeni hava limanının xərcləri artırmasından sonra 2019-cu ilin noyabrından bütün uçuşları dayandırmışdı.