11 yanvar 2019 11:33
1484

Türkiyənin məşhur musiqi kanalı bağlanır?

Türkiyənin “Kral TV” televiziya kanalı bağlanır.

Bu barədə telekanalın sosial media hesabında məlumat verilib.

Bildirilir ki, telekanalın yayımı fevralın 1-dən dayandırılacaq.

Bundan sonra “Kral TV”ni yalnız mobil əlavələrdə, həmçinin “Kral Müzik YouTube” kanalında izləmək mümkün olacaq.

Qeyd edək ki, telekanal Türkiyənin ilk video musiqi kanalı olaraq 1994-cü ildən fəaliyyətə başlayıb.