24 yanvar 2021 19:10
1344

Türkiyənin R-72 təyyarəsi ilk uçuşunu edib - FOTO/VİDEO

MELTEM-3 layihəsi çərçivəsində hazırlan Türkiyənin Hərbi-Dəniz Qüvvələrinin inventarına ötən ay daxil edilmiş R-72 təyyarə ilk uçuşunu edib.

“İki sahil” xəbər verir ki, təyyarəyə baxış keçirən milli müdafiə naziri Hulusi Akar Akar ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Yaşar Gülərin müşayiəti ilə ilk R-72 dəniz patrul təyyarəsi ilə tanış olub.

H.Akarın sözlərinə görə, R-72-də uçan şəxsi heyət əhəmiyyətli tapşırıqları yerinə yetirəcək: "Təyyarənin yerinə yetirəcəyi tapşırıqlar gələcəkdə vətənimiz və xalqımız, onların təhlükəsizliyinin təminatı üçün əhəmiyyətlidir. Biz Silahlıl Qüvvələri ən müasir texnologiyalarla təmin etməyə davam edəcəyik".

Qeyd edək ki, təyyarəyə müasirləşdirilmiş radiolokasiya sistemi, radio elektron mübarizəsi vasitələri, sualtı siqnalın emalı, Link 11 və Link 16 məlumat mübadiləsinin hərbi-taktiki şəbəkələri, həmçinin MK46 və MK54 torpedolarının işə salınması kimi ən əhəmiyyətli sistemlər quraşdırılıb.

P-72 təyyarələri bu sistemlərin sayəsində sualtı gəmilərin məhv edilməsi, suüstü müdafiə, müşahidə və kəşfiyyat, radiolokasiya, axtarış və xilasetmə kimi əhəmiyyətli tapşırıqları yerinə yetirəcəklər.

P-72 P-235 təyyarələrindən fərqli olaraq, daha uzun müddət ərzində uçuş imkanına malikdir.