16 sentyabr 2019 17:32
1040

Türkiyənin Vitse-prezidenti Fuat Oktayın şərəfinə rəsmi nahar verilib

Sentyabrın 16-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun adından Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın şərəfinə rəsmi nahar verilib.

AZƏRTAC xəbər verir ki, səmimi söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.