19 mart 2020 20:32
1697

Türkmənistan İrana humanitar yardım göndərib

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Sərəncamı ilə İran İslam Respublikasına humanitar yardım göndərilib.

Humanitar yardım koronavirus infeksiyasının yaratdığı kəskin respirator xəstəliklərə qarşı zəruri ləvazimatlardan ibarətdir.

Xatırladaq ki, son məlumatlara görə, İranda yeni növ koronavirus qurbanlarının sayı 1284 nəfərə çatıb, xəstəliyə yoluxanların sayı isə 18 min 407 nəfərdir.