TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi gərginlikdən narahatlığını ifadə edərək, çoxsaylı itkilərlə nəticələnən Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qınayır.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir TÜRKPA Baş katibinin Dağlıq Qarabağ bölgəsindəki hərbi gərginliklə bağlı bəyanatında yer alıb.
Baş katib bildirir ki, Parlament Assambleyası öz bəyannamələrində (2015-ci il Astana, 2017-ci il Ala-Arça, 2018-ci il İzmir və 2019-cu il Bakı bəyannamələri) də əks olunduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında qısa zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.
Eyni zamanda, Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən danışıqlar prosesinə xələl gətirəcək hər hansı təhrikedici bəyanat və addımların qəbuledilməzliyini vurğulayır.
Baş katib mülki şəxslərin həyatlarını itirməsi ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirir və yaralananlara şəfa diləyir.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib