14 noyabr 2019 20:11
241

Tyerri Anri Kanada klubuna baş məşqçi təyin olunub

Fransa millisinin və İngiltərə “Arsenal”ının sabiq futbolçusu Tyerri Anrinin yeni iş yeri müəyyənləşib.

42 yaşlı mütəxəssis MLS-də çıxış edən “Monreal İmpekt” klubunun baş məşqçisi təyin olunub.

Kanada təmsilçisi T.Anrinin baş məşqçi kimi ikinci iş yeridi. Onun bu vəzifədəki debütü “Monako”da gerçəkləşib.

Lakin bir sıra futbolçularla arasında narazılıqlar yaranan T.Anri vəzifəsindən kənarlaşdırılıb.