19 oktyabr 2019 09:20
732

UEFA açıqladı: Rusiya və Kosovo eyni qrupda olmayacaq

UEFA özünün təşkil etdiyi turnirlərin püşakatmalarında Rusiya və Kosovo (dövlət müstəqilliyi Rusiya tərəfindən tanınmayıb) milli komandalarını eyni qrupa salmayacaq.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bu qərar UEFA Fövqəladə Komissiyasının iclasında qəbul edilib.

Səbəb kimi iki ölkənin təmsilçiləri arasındakı oyunların keçirilməsi ilə bağlı təhlükəsizlik riskləri göstərilib.

2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsində Rusiya və Kosovo milliləri eyni qrupa düşüb. Həmin görüşlərin isə  neytral meydanda olacağı vurğulanıb.

Xatırladaq ki, UEFA buna qədər Rusiya və Ukrayna komandalarının da eyni qrupa salınmaması barədə qərar verib.