20 oktyabr 2020 14:14
922

UEFA-dan ÇL-də klub sayının artırılması ilə bağlı açıqlama

UEFA Çempionlar Liqasının qrup mərhələsində komanda sayının artırılması ilə bağlı hələ qərar verməyib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumundan bildirilib.

Qeyd olunub ki, UEFA-nın bayrağı altında 2024-cü ildən sonra keçiriləcək klub yarışlarının formatı ilə bağlı müzakirələr tezliklə bütün maraqlı tərəflərlərin iştirakı ilə bərpa olunacaq.

Daha əvvəl "The Telegraph" nəşri UEFA-nın 2024/2025 mövsümündən Çempionlar Liqasının qrup mərhələsində iştirakçı komandaların sayını 32-dən 36-ya artıra biləcəyini yazıb.