20 oktyabr 2020 13:12
707

UEFA-dan "Qarabağ"ın oyununa təyinat

Avropa Liqasının I qrupunun ilk turunun "Makkabi" (Tel-Əviv, İsrail) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

“İki sahil” xəbər verir ki, görüşü Şotlandiya Futbol Federasiyasından Con Biton idarə edəcək. Ona həmyerliləri Frensis Konor və Daniel Makfarlan köməklik edəcək. Dördüncü hakim funksiyasını isə yerinə yetirəcək.

Hakimlərin işinə serbiyalı Milan Karadjiç qiymət verəcək. UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.