20 may 2020 11:19
1134

UEFA islahatlar aparmayacaq

UEFA maliyyə feyr-pleyi qaydalarında islahatlar aparmağı düşünmür. 

"Report" xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin "The Guardian" nəşrinə açıqlamasında bildirib. 

Sloveniyalı funksioner həmişə qaydaları necə inkişaf etdirmək üzərində düşündüklərini əlavə edib. 

Çeferin lazım gəldikdə yeni zamana uyğunlaşacaqlarını sözlərinə əlavə edib: "Maliyyə feyr-pleyinin inkişaf etdirilməsini düşünür, müasirləşmək istəyirik. Rəqabətədavamlı bir tarazlıq üçün mümkündürsə, "lüks vergi"ni nəzərdən keçiririk. Çox fikir var, amma bu çətin günlərdə baş verəcək dəyişikliklər barədə düşünməyimizi dayandırdıq. Gəmimizi doğru yönə istiqamətləndirdik. Hər şey sakitləşdikdən sonra köhnə problemlərə qayıdarıq". 

Qeyd edək ki, daha öncə UEFA-nın koronavirus pandemiyasına görə maliyyə feyr-pleyi qaydalarını ikiqat yumşaltmaq istədiyi yazılıb.