16 oktyabr 2019 16:25
559

UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verdi

UEFA "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək Avropa Liqasının III tur matçına dair statistik məlumatlarda yanlışlığa yol verib.

"İki sahil" Sportinfo.az-a istinadən xəbər verir ki, qurumun rəsmi saytı Qurban Qurbanovun Ağdam klubunun baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını qeyd edib.

Amma 48 yaşlı məşqçi üçün yubiley ötən tur Lüksemburqda "Düdelanj"la görüşə təsadüf etmişdi.

"Qarabağ" - APOEL qarşılaşması oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:55-də başlayacaq.