29 sentyabr 2020 16:51
740

Ukraynadan məktub: Azərbaycan torpaqlarının azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq

Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları ilə bağlı Prezident, Ali Baş Komandan İlham Əliyevə Ukraynadan da dəstək məktubları gəlir.

“İki sahil” Prezidentin saytına istinadla xəbər verir ki, Ukraynanin Kropivnitski şəhərindən Qorovaya Natalya Vasilyevna Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda qeyd edilir:

 “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir. Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.