11 avqust 2020 13:37
928

“Ümid” layihəsi üzrə işlərin ilkin mərhələsi gələn il başa çatacaq

“Azəri-Mərkəzi-Şərqi” (ACE) platforması üçün dayaq blokunun tikintisi başlayıb.

Trend-in məlumatına görə, bunu “Bos Shelf” şirkətinin kommersiya meneceri Orxan Hüseynov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.

Onun sözlərinə görə, tikinti layihəsinin 2021-ci ildə başa çatması gözlənilir:

“ACE layihəsi üçün dayaq bloklarının yola salınması gələn ilin sonunadək gözlənilir”.

O.Hüseynov bildirib ki, “Ümid” layihəsi üzrə işlər davam edir. Layihənin ilkin mərhələsi gələn ilin ortalarında başa çatacaq.