12 dekabr 2019 17:29
1137

Ümummilli lider Heydər Əliyevin anım günü Naftalanda qeyd edildi - FOTO

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Naftalanda ümumşəhər tədbiri keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, eləcə də şəhər  ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.  Sonra Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. Naftalan Şəhər İ.Nəsimi adına 1 nömrəli  tam orta məktəbin şagirdlərinin ifasında “Həmişə yaşar Dahi ” adlı  kompozisiya nümayiş etdirilib.

Anım tədbiri çərçivəsində Ulu Öndərin əziz xatirəsinə şəhid ailələri və aztəminatlı ailələr üçün ehsan süfrəsi açılıb.

Mərasimdə şəhər rəhbəri Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun layiqli davamçısı cənab Prezidentimiz  İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və siyasi kursunun həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi  istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışıb.

Mərasimə qatılanlar ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövlətçiliyi qarşısında  misilsiz xidmətlərindən danışıb, ona Tanrıdan rəhmət diləyiblər.