25 iyun 2019 13:58
617

Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Dövlət Dəniz Agentliyinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər il iyunun 25-i ölkəmizdə Dənizçi Günü elan olunub.

Dövlət Dəniz Agentliyindən bildiriblər ki, bu qurumun və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nın kollektivləri Dənizçi Gününü - peşə bayramını yüksək səviyyədə qeyd edirlər.

Hər iki qurumun nümayəndələri bu münasibətlə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.