06 dekabr 2019 17:17
678

UNEC-də tələbələr üçün növbəti ustad dərsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün növbəti ustad dərsı keçirilib.

UNEC-dən bildirilib ki, “AFB Bank”ın Marketinq Departamentinin direktoru Səfər Aslanov real nümunələr əsasında tələbələrə brendləşmə strategiyası, müştəri münasibətlərinin idarə olunması, xidmət sektorunda keyfiyyət və marketinq fəaliyyətləri barədə məlumat verib.