24 yanvar 2020 11:02
1366

Unikal ada - SOKOTRA - FOTO

Ərəbistan yarımadasının cənubundakı Yəmənə aid olan bir ada icması olan Sokotra Hind okeanı, Qırmızı dəniz və Fars körfəzinin kəsişdiyi strateji nöqtədə yerləşir. Bu ada Yəmənə aid olsa da, BƏƏ kimi ölkələrin hərbi hərbi nəzarətində olan Sokotra bitki örtüyü ilə özünəməxsus bir xüsusiyyətə sahibdir. Ada yalnız Sokotraya aid bitkilərlə diqqəti cəlb edir.

“İki sahil” xəbər verir ki, Yəməndən 350 kilometr uzaqlıqda yerləşən, Ərəbistan yarımadasının cənubunda yerləşən Sokotra 7 milyon il əvvəl dünya səthindəki dəyişikliklərlə Afrika qitəsindən ayrılaraq adaya çevrilib.

Dörd adadan ibarət olan Sokotra bənzərsiz varlıqları və təbii quruluşu ilə insanların diqqətini cəlb edir. Dünyada yalnız Sokotraya aid 200-dən çox bitki və canlı növ var.

Bənzərsiz varlıqları və təbii quruluşu ilə dünyanın ən fərqli bölgəsi olan və sanki bu dünyaya aid olmayan bir təəssürat verən Sokotra elm adamlarının da xüsusi diqqət yetirdiyi yerlərdən biridir.

Xurma, tütün və balıqçılıqla məşğul olan yerli əhalinin sayı 50 minə yaxındır.

İyun-sentyabr aylarında musson küləkləri səbəbindən Sokotra ilə əlaqə kəsilir. Bu dövrdə ada ilə mümkünsüz olur.

Sanskritcədə "Dvipa Sukhutra" adı verilən, xoşbəxtlik adası olan ada haqqında eramızdan əvvəl I əsrdə Yunan kitablarında ilk dəfə qeydlərə rast gəlinir, tarix boyu portuqalların, avstriyalıların və ingilislərin əsarətində olub.