08 yanvar 2020 14:59
2187

Universitetdə şok anlar - FOTO

Hindistanın paytaxtı Yeni Dehlidə fəaliyyət göstərən Jawaharlal Nehru Üniversitetində (JNU) insident yaşanıb.

“İki sahil” xəbər verir ki, üzlərinə maska taxmış şəxslər dəyənəklərlə tələbələrə və müəllim heyətinə hücum ediblər. Nəticədə 40 nəfər yaralanıb.

Şahidlərin ifadələrinə görə, təcavüzkarlar otaq-otaq gəzərək tələbə və müəllim arasında fərq qoymadığını deyib. Tələbələrin iddialarına görə, polis müdaxilə etməyib.