19 yanvar 2021 22:22
308

Urakəran kəndində ev yandı

Yardımlı rayonunun Urakəran kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyind.ən “İki sahil”ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.