29 yanvar 2020 11:02
2122

Uraz Kayğılaroğlu yeni eşq yaşayır? - FOTO

Qızının anası Melis İşitendən 6 ay əvvəl boşanan Uraz Kayğılaroğlunun ürəyini yeni bir insana açdığı deyilir. Deyilənlərə görə, məhçur aktyor sosial media fenomeni Mehtap Algül ilə eşq yaşamağa başlayıb.

“İki sahil” xəbər verir ki, özü kimi aktyor olan Melis İşiten ilə 5 illik evliliyinə son verən Uraz Kayğılaroğlunun ayrılığının  öhdəsindən gəldiyi iddia edilir.

Son zamanlar ulduzu parlayan aktyor sosial media fenomeni Mehtap Algül üçün ürəyini açıb. Dostluqları qısa müddətdə sevgiyə çevrilən cütlük paylaşımları ilə özlərinin ilişkilərini ələ veriblər. Digər tərəfdən sevgili olduğu deyilən Uraz Kayğılaroğlu və Mehtap Algül hələlik sosial mediada bir-birləririni izləmirlər.

Melis İşiten ilə 5 illik evliliyindən Uraz Kayğılaroğlunun Ada adlı bir qızı var.