22 yanvar 2021 04:39
370

Ürək çatışmazlığının müalicəsində diuretiklərin rolu

Ürək çatışmazlığının müalicəsində diuretiklər öncül yerdə durur.Diuretiklər dehidratasiya yaratmaqdan əlavə mayeni orqanizmdən xaric etmək məqsədilə təyin edilir.Diuretiklərin dozaları klinik müşahidələr nəticəsində seçilir.
"İki sahil" xəbər verir ki, xroniki ürək çatışmazlığının müalicəsində işlədilən diuretikləri şərti olaraq 3 əsas qrupa ayırmaq olar.
1. Tiazid və tiazidəbənzər diuretiklər:
- hidroxlortiazid
- siklometiazid
- xlortalidon
- klopamid
- metolazon
2. Güclü təsitə malik ilcək diuretikləri:
- bumetanid
- furosemid
- torasemid
- piretanid
- etakrin turşusu və s.
3. Kaliumqovucu diuretiklər:
- spironolakton
- triamteren
- amilorid və s.
İlgək və tiazid diuretikləri mayenin ləngiməsinə meyilli olan xəstələrin hamısına təyin olunmalıdır.Belə ki,bu preparatlar xroniki ürək çatışmazlığı zamanı mayenin ləngiməsinin qarşısını almaq üçün yeganə vasitədir.Diuretiklərlə müalicənin məqsədi klinik simptomların və mayenin ləngiməsinin fizikal əlamətlərinin ləvğ olunmasıdır.
Müalicə zamanı diuretiklərin kifayət etməyən dozası orqanizmdə mayenin toplanmasına səbəb olur.
Bir sıra hallarda diuretiklərə qarşı refrakterlik yaranır Bunun əsas səbəbləri aşağıdakılardır:
- xroniki ürək çatışmazlığının proqressivləşməsi
- böyrək çatışmazlığının yaranması və proqressivləşməsi
- hipotoniya
- heyrohumoralların hiperaktivləşməsi
- di və hipoproteinemiya
- diuretiklərin təsirinə tolerantlığın yaranması