07 avqust 2019 13:19
600

Ürək dayanması haqqında BİLMƏLİ OLDUĞUNUZ 10 FAKT

Ürək dayanmasını qəflətən yaranır və sağ qalmaq şansı çox azdır. Onu miokard infarktı ilə tez-tez qarışdırsalar da, onlar tamamilə müxtəlifdir

Publika.az oxucuları ürək dayanması haqqında vacib məqamlarla tanış edir:

1. Ürək dayanması - ölüm səbəbidir

Ürək dayanması keçirən insanların arasında ölüm göstəricisi 95% təşkil edir. Hər il 450 000-dən çox insan bu xəstəlikdən əziyyət çəkir.

Ürək döyünməyəndə qan dövr etmir. Beyin, qaraciyər, böyrəklər və başqa orqanlar sağ qalma üçün lazım olan qanı və oksigeni qəbul etmir.

2. Ürək tutması və ürək dayanması fərqlidir

Ürək tutması ürəkdə qanaxmanın müvəqqəti dayanmasıdır. Qanın laxtası mədəciklərə yeri dəyişdirir, tıxanmaya səbəb olsa da, qan hələ dövr edir.

Ancaq ürək dayanması vaxtı qan hərəkət etmir, çünki ürək döyünmür. Hər iki hadisə eyni vaxtda baş verə bilər.

3. İlkin yardım üçün 6-12 dəqiqə vaxtınız var

Ürək dayanması olan bir insana kömək etmək üçün 6-12 dəqiqə vaxtınız var. Odur ki, dərhal təcili yardım çağırın.

4. Defibrilatordan istifadə həyatda qalmağı bir qədər artırır

Ehtimal 7-10% təşkil edir. Əksər hallarda vəziyyət o qədər kritikdir ki, heç nə kömək etmir.

5. Əksər insan ölür

Bir çoxumuz bilmədiyimiz ürək xəstəliyindən əziyyət çəkir. Odur ki, mütəmadi olaraq ürəyinizi yoxlatdırın.

6. Ürək dayanması hər yaşda baş verə bilər

20-30 yaş insanlar arasında da ürək problemlərinə rast gəlinir, lakin risk 50 yaşına çatdıqda artır.

7. Ürəkdayanması adətən evdə baş verir

İnsanların ən böyük qorxularından biri də odur ki, ürək dayanması təyyarədə və ya ictimai yerlərdə olduqda baş verə bilər. Ancaq ürək dayanması hallarının 75 faizindən çoxu evdə baş verir.

8. Ürək xəstəliyi ürək dayanmasının ən çox yayılmış səbəbidir.

Aritmiya və ya ürək ritminin pozulması ürək dayanmasının ən çox yayılmış səbəbidir.

9. İdman sizə qarşı oynaya bilər

Kontakt idman növləri ilə məşğul olanlar ürək dayanmasından daha çox əziyyət çəkir. Məsələn, beysbol və lakrosse.

10. Kardiopulmoner reanimasiya 1956-cı ildə icad edilib

Doktor Ceyms Elm və Doktor Peter Safar ürək-ağciyər reanimasiyasını 1956-cı ildə icad edib. Həyat qurtaran bu zəruri metodu başqalarına öyrətmək üçün bütün dünyada təlim məşğələləri keçirilir.