23 may 2020 15:56
433

Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlanıb

İspaniyanın Rovira i Virgili Universiteti ilə ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri ürək xəstəliklərindən qorunmağın səmərəli üsulunu açıqlayıb.

Trend-in məlumatına görə, alimlər müəyyən edib ki, balıqda və qida əlavələrində omeqa-3 və doymamış yağ turşuları ürək-damar xəstəlikləri riskini azaldır. Bu turşuların faydalı xassələri sayəsində ürək əzələsini möhkəmləndirmək olar.

Tədqiqatda 26 mindən çox qadın iştirak edib. Həmin şəxslərin orta yaşı 53-ə bərabər olub.

Məlum olub ki, balıq və omeqa-3 tərkibli qida əlavələrinin daha çox qidada istifadə olunması tərkibində triqliserid və xolesterin olan lipoproteinlərin azalmasına səbəb olur.