19 may 2019 19:55
1155

Uşaqlar dünya ətrafında səyahət edəcək

İyunun 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş “80 dəqiqə dünya ətrafında sehrli səyahət” adlı musiqili-tamaşa təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, musiqili-tamaşada “Zima” uşaq festivalı iştirakçılarının çıxışları, fərqli rəqslər və interaktiv oyunlar nümayiş olunacaq. Uşaqlar, dünya ətrafı səyahətdə, yeni məlumatlar alacaq və onlara xoş əhval-ruhiyyə bəxş ediləcək.

Əfsanəvi personajın iştirakı ilə əyləncə dolu gecədə iştirak etmək istəyənlər biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilər.