28 oktyabr 2020 12:38
1095

Uşaqlardan Ordumuza dəstək

Bu günlərdə Azərbaycan xalqı taleyüklü, eyni zamanda qürurverici tarixə şahidlik edir.  Bu tarixi döyüş meydanında qəhrəman əsgərlərimiz yazır. Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri ordumuza mənəvi dəstək, xalqımızda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə müxtəlif videoçarxlar hazırlayırlar.

“İki sahil” xəbər verir ki, Şamaxı rayon MKS-nin Uşaq şöbəsinin fəal oxucusu tərəfindən vətənpərvər ruhlu şeir səsləndirilib.

Şamaxı rayon Mərkəzi kitabxanası, Şamaxı Dövlət  Rəsm Qalereyası və Şamaxı Tarix Diyarşünaslıq Muzeyi Füzuli rayonu və Suqovuşanın işğaldan azad edilməsi münasibəti ilə müxtəlif videoroliklər hazırlayıblar.

Ağsu rayon MKS-nin Uşaq şöbəsi və İsmayıllı rayon MKS-nin kənd filiallarının hazırladıqları videoçarxlar isə torpaqlarımızın bütövlüyü uğrunda canından keçməyə hazır olan igidlərimizə həsr olunub.

Videoçarxlar İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəsmi sosial şəbəkə ünvanlarında yerləşdirilmişdir.